İqtisadiyyat 10 Aprel 2023, 12:51 | Baxış sayı: 153
““Formula 1” Gəncədə keçirilsə, sevinərik...”

“Heç kimsə sirr deyil ki, “Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizə çox böyük turist axınını təmin etdi. “Formula 1” vasitəsilə xüsusən Bakının piarında böyük uğurlar əldə olundu. Lakin bütün bunlarla yanaşı, şəhərdə tıxac yaranır, müəyyən müddət ərzində sıxlıq müşahidə edilir. Bu da istər-istəməz “Formula 1” və bunun kimi böyük yarışların, tədbirlərin Bakıdan kənarda keçirilməsi məsələsini gündəmə gətirir. Bundan əvvəl də belə təkliflərlə rastlaşmışdıq. “Formula 1” gələcəkdə Gəncə şəhərində təşkil edilərsə, buna yalnız sevinərik. Çünki bu, həm Gəncə şəhərinin yol infrastrukturunun yenidən qurulmasına gətirib çıxarar, həm də Gəncəyə böyük turist axınını təmin etmiş olar. Eyni zamanda Gəncəətrafı rayonlarda turizmin inkişafına töhvə kimi dəyərləndirilər. Bütün bunlarla yanaşı, həm də Bakıda sıxlıq müəyyən dərəcədə azalar. Onsuz da paytaxt yüklənib. Normal günlərdə də Bakıda avtomobil idarə etmək çətindir. Maşın saxlamaq üçün yer tapmaq müşkülə çevrilib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Gəncə şəhər 38 saylı seçki dairəsini təmsil edən deputat Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, bu layihənin Bakıdan kənarda keçirilməsi çox böyük vəsait tələb edir: “Ona görə də, düşünürəm, yaxın illərdə bunun şahidi ola bilməyəcəyik. Çünki Bakıda ən azından trassa üzrə müəyyən işlər görülüb, xərclər çəkilib. Hər il yalnız xırda xərclərlə yarışları həyata keçirə bilirik. Ancaq sıfırdan hansısa yeni xəttin quraşdırılmasına çox böyük vəsait lazımdır. Gələcək illərdə Azərbaycan büdcəsində bunun üçün əlavə vəsaitlər olarsa, yarışların Gəncədə və başqa şəhərlərdə keçirilməsi yaxşı olar. Vətəndaşlarımız da bunu müsbət qarşılayarlar”.

Xəbərlər