Siyasət 15 Avqust 2023, 16:13 | Baxış sayı: 151
"FETÖ, İbadoğlu və Mənsimov üçbucağının xüsusi məqsədləri olub"

"Anti-Azərbaycan planlarının reallaşdırılmasında FETÖ, Qubad İbadoğlu və Mənsimov üçbucağının xüsusi məqsədləri olub".

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, FETÖ dövlət içində dövlət yaratmaqla xarici xüsusi xidmət orqanlarının anti-dövlət maraqlarını icra etmək üçün fəaliyyət göstərən antimilli təşkilatdır:

"Belə ki, uzun illər şəbəkələşmiş bu təşkilat islam dini pərdəsi altında insanların beyinlərini yuyur və özlərinin məkrli niyyətlərini reallaşdırmaq üçün hazır insanların şəbəkəsini müxtəlif yollarla genişləndirilməyə çalışır. FETÖ-nün məqsədi İslam dininin içində yeni cərəyan yaratmaqla dini ideyalarını özlərinin maraqlarına uyğunlaşdırmaqdır".

"Pensilvaniyada oturan FETÖ-nün rəhbəri ABŞ-dan şəbəkəni idarə etməklə Türkiyədə və Azərbaycanda dövləti çevrilişlərlə ələ keçirmək üçün planlarını reallaşdırmağa çalışır. Bu şəbəkənin zərərsizləşdirilməsi üçün nə qədər tədbirlər həyata keçirilsə də, dərinə sirayət olunmuş köklər hələ də qalmaqdadır", - o, xatırladıb.

Milli Məclisin üzvü xatırladıb ki, 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişi etmək istəyən FETÖ üzvləri zərəsizləşdirilib:

"Bu əməliyyat zamanı 34 nəfər dövlət və millət uğrunda şəhid olaraq FETÖ-nün planlarını alt-üst etmişdi. Türkiyədə bu il keçirilən seçkilərdə də uğursuzluğa düçar olan FETÖ fəaliyyətini Azərbaycanda genişləndirmək üçün sosial şəbəkələrdə insanları düşündürən həssas məsələlər ətrafında müzakirələr açaraq dövlətə qarşı narazılıq yaratmağa cəhd edir. Bu anti-Azərbaycan planların reallaşdırılmasında FETÖ, Qubad İbadoğlu və Mənsimov üçbucağının xüsusi məqsədləri olub".

report.az

Xəbərlər