Siyasət 14 Avqust 2023, 15:30 | Baxış sayı: 214
"FETÖ-İbadoğlu-Mənsimov üçbucağı dövlətçiliyimiz üçün ciddi təhlükə mənbəyi ola bilər"

"FETÖ-Qubad İbadoğlu-Mübariz Mənsimov üçbucağı dövlətçiliyimiz üçün olduqca ciddi təhlükə mənbəyi ola bilər".

Bu fikirlər Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, FETÖ sıradan bir terror təşkilatı deyil:

"Çünki onun hədəfi hansısa kiçik məqsədlər yox, bir ölkədə öz "müridləri" vasitəsilə hakimiyyəti ələ keçirməkdən də böyükdür. Yəni, FETÖ terror təşkilatının hədəfi bir milləti dövlətsizləşdirmək və lidersizləşdirmək, bir dini insanların zehninə "fetöçülük" kimi yenidən həkk etməkdir. Dolayısı ilə FETÖ-nün vəzifəsi sivilizasiyaların qarşıdurması kontekstində İslam sivilizasiyasını məhz İslamın öz dəyərlərini ona qarşı silaha çevirməklə sıradan çıxarmaqdır".

O bildirib ki, FETÖ-nün Azərbaycana vura biləcəyi ziyanın miqyası təsəvvür edilməyəcək qədər böyükdür:

"Biz 15 iyul hadisələri vaxtı bu terrorçu təşkilatın nəyə qadir olduğunu qardaş Türkiyənin timsalında gördük. Türkiyə Cümhuriyyəti az qala mövcudluğunu itirəcəkdi.
Bu baxımdan FETÖ-Qubad İbadoğlu-Mübariz Mənsimov üçbucağı dövlətçiliyimiz üçün olduqca ciddi təhlükə mənbəyi ola bilər. Çünki bu üçbucaq həm ictimai şüuru hədəfə alan dağıdıcı ideologiya, həm manipuliyativ siyasi müdaxilə, həm də onların fəaliyyətini dəstəkləyəcək ciddi maliyyə üçbucağıdır. Ona görə də bu terror vasitələri dərhal zərərsizləşdirilməlidir".

report.az

Xəbərlər