Plenar iclaslar 13 May 2022, 13:48 | Baxış sayı: 176
"Fermerlər qadınların əməyini istismar edirlər".

“Bizim əmək qanunvericiliyinə görə insanı 8 saatdan işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər: “Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədirlər, günorta yeməyini də vermirlər. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əməkhaqqından az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə hər saat işləməyinə görə əməkhaqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.

Xəbərlər