“Fazil Mustafanın fəaliyyətinə yaxından bələd olanlar onun xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir”
“Deputat həmkarımız, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Bakıda, yaşadığı evinin qarşısında güllələnib. Silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Həmkarımız iki güllə yarası alıb. Əlbəttə, hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaq”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Qənirə Paşayeva bildirib.
“Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!” – Q.Paşayeva qeyd edib.