Cəmiyyət 29 Mart 2023, 12:14 | Baxış sayı: 101
"Fazil müəllimin vəziyyəti qənaətbəxşdir"

"Günahkarlar ən qısa müddət ərzində müəyyən edilərək, ən sərt şəkildə cəzalandırılacaqlar."

Demokrat.az 
xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib: "Dəyərli deputat həmkarım Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd hadisəsini şiddətlə qınayıram. Həkimlərinin verdiyi məlumata əsasən Fazil müəllimin vəziyyəti hazırda qənaətbəxşdir. Allahdan Fazil müəllimə təcili şəfa diləyirəm. Günahkarlar ən qısa müddət ərzində müəyyən edilərək, ən sərt şəkildə cəzalandırılacaqlar."

Xəbərlər