Ümumi 13 İyun 2023, 16:14 | Baxış sayı: 138
“Kimlərsə məni məqsədyönlü şəkildə tikinti şirkəti ilə əlaqələndirməyə cəhd edirlər”

“Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün hazırda Mərakeş Krallığında rəsmi səfərdəyəm. Təəssüf ki, kimlərsə məni məqsədyönlü şəkildə tikinti şirkəti ilə əlaqələndirməyə cəhd edirlər. Hər kəs bilir ki, mənim nə tikinti nə də başqa bir  biznesim var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

“Bu gün köməkçilərim tərəfindən sözügedən ünvan ziyarət edilmiş və vətəndaşla söhbət aparılmışdır. Vətəndaş videomüraciətində adımın yalnışlıqla çəkməsini və müraciətinin qarşılaşdığı haqsızlıqla bağlı olmasını bildirmişdir. Vətəndaşların müraciətləri qeydiyyata götürülmüş və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti addımlar atılır”, - A.Əliyev qeyd edib.

Xəbərlər