Siyasət 19 Sentyabr 2022, 15:16 | Baxış sayı: 166
"Fars-hay birliyinin kökü qədimdir"

“ABŞ-ın Demokratlar Partiyasının Ermənistana göndərdiyi elçisi Nensi Pelosi hayların qulağına sığal çəkmək üçün Minsk Qrupundan və Azərbaycanda çoxdan ləğv edilmiş ərazi vahidindən dəm vura bilər. Amma onun feysbukda Ermənistana səfərinə həsr etdiyi statusundan başqa nəticə çıxır. Pelosi bu statusu ilə demək istəyir ki, onlar da artıq Ermənistana öz forpostları kimi baxırlar. Elə regiona səfərdə də məqsədi Rusiyaya uğrunda qanlı savaş gedən Ukraynanı necə təsirindən qopardılarsa, Ermənistanla bağlı da eyni addım atılacağını göstərməkdir. Yəni Paşinyana dəstək ikinci dərəcəli məsələdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

 

S.Alıyev qeyd edib ki, Pelosinin statusunda adını çəkdiyi Ukraynaya yanaşmada ABŞ-a Avropada, Tayvan məsələsində Asiyada müttəfiqlik edənlər çoxdur və onlar plasdarm gözündə görünənlərin qonşuluğundadırlar: “Ermənistana gəldikdə, inanmıram ki, bizim regionda hansısa dövlət onun indi də ABŞ-ın forpostuna çevrilməsinə sevinsin və üstəlik bunda Vaşinqtona dəstək də versin. Orası da unudulmamalıdır ki, qonşuluğunda Ermənistanı Rusiya, Fransa, ABŞ və hətta hayların özündən də çox sevən İran da var. Və “soyuqırılan”ların ABŞ-ın doğmalarına çevrilmələri heç iki əsr də deyil. Ancaq fars-hay birliyinin kökü qədimdir, həm də o qədər qədimdir ki, İran liderinin o “min il” sözü bax burada tam keçərlidir”.

Xəbərlər