Siyasət 24 Sentyabr 2022, 16:00 | Baxış sayı: 131
"Ermənistanın təkrar fəallaşması İrəvana qarşı hərbi məcburetməni bir daha zərurətə çevirir"

“Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində daha 3 hərbi  qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, yaralı hərbiçilərimizin həyatı üçün təhlükə yoxdur. Düzdür, ötən gecə düşmən susdurulub, amma Ermənistanın təxribatları davam etməyəcəyi zəmanəti varmı? Yaxud bu cür nə qədər davam edə bilər? Qəbul etməliyik ki, İrəvan mövcud ritorikanı davam edib təcavüzkar niyyətindən əl çəkmədikcə bölgədə təhlükəsizlik təhdid altında qalacaq. Bu mənada, sentyabr təxribatlarından 10 gün keçməmiş Ermənistanın təkrar fəallaşması da İrəvana qarşı yeni hərbi məcburetmə tədbirlərini bir daha zərurətə çevirir. Artıq hərbi-siyasi yolla Ermənistanın bütövlükdə demilitarizasiyaya məcbur edilməsi şərtdir. Çünki beynəlxalq hüquqa uyğun davranacağı təqdirdə heç bir qonşusundan təhdid gəlməyəcəyi üçün Ermənistanın hərbi qüvvələrə, o cümlədən, silahlanmasına ehtiyac yoxdur. Əksinə, ordunun mövcudluğu və İrəvana edilən hərbi yardımlar Ermənistanı bölgədə sülh və sabitlik üçün təhlükəyə çevirir”.

 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

“Ermənistan Silahlı Qüvvələri tamamilə tərk-silah edilib buraxılana qədər məcburetmə tədbirləri davam etməli, sonrakı dövrlərdə də İrəvana ordu quruculuğu, yaxud digər formada hər hansı döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan olunmalıdır. Bir sözlə, regionun sabit gələcəyi və əməkdaşlıq mühiti naminə, Ermənistanın hərbsizləşdirilməsi hüquqi rejiminin alternativi yoxdur” – B.Məhərrəmov qeyd edib.

Xəbərlər