Siyasət 20 Aprel 2023, 15:58 | Baxış sayı: 124
"Ermənistanın oyunları ABŞ-da davam edəcək"

Üçtərəfli sazişə uyğun olaraq Rusiya sülhməramlılarının erməni saparatçılarının ərazidən çıxarılması regionun siyasi, hərbi mənzərəsini dəyişə bilər. Məlum sazişlə bağlı öhtəliklərin icra tələbi Ermənistanın qarşısına qoyulmalı, separatçılar ərazidən çıxarılmalı və belə bir mühüm sənədin icrası həyata keçirilməlidir. Əgər Rusiya bu öhtəliyini yerinə yetirmirsə, Avropa İttifaqı, ABŞ-ın vasitəçi olaraq prosesə müdaxilə etməsi nəyi dəyişə bilər və məsələnin daha çox beynəlxalq müstəviyə paylanması nəyə xidmət edir? Növbəti Azərbaycan-Ermənistan arasında olacaq danışıqlar nə vəd edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən  deputat Asim Mollazadə bildirib ki, Ermənistan hər zaman özünün köhnə üsullarından istifadə edərək, danışıqlar imitasiyasını yeni formalarda davam etdirir.

 

Onun sözlərinə görə, erməni rəhbərliyi hər bir görüşdə sülh sazişinin imzalanmasından yayınıb:

 

“Azərbaycan -Ermənistan arasında keçirilməsi nəzərdə tutulan danışıqlar birinci deyil. Məlumdur ki, vasitəçilərin təşəbbüsü ilə belə görüşlər çox olub. Ermənistan süh müqaviləsinin imzalanmasına “hə” deyib, sonra müxtəlif bəhanələr gətirərək separatçı rejimi silahlandırıb.  Ona görə də hesab edirəm ki, Ermənistan Brüsseldə, Rusiyada qurduğu oyunları ABŞ-da davam edəcək. Ermənistan müharibə rutoriasından əl çəkmir və ABŞ-da baş tutacaq danışıqlarda da eyni oyunlar oynaya bilər”.

 

A.Mollazasdə hesab edir ki, Azərbaycan ərazilərində Azərbaycan silahlı qüvvələri  olmalıdır və bölgədəki vəziyyəti öz gücünə nizamlamalıdır. Deputat bildirib ki, Ermənistan hansısa bir qüvvəyə ümid edir, ya da Ukrayna-Rusiya müharibəsi nəticəsində bölgədə vəziyyətin dəyişəcəyini, hansısa yeni sahiblər axtaracaqlarını düşünür, yaxud da köhnə sahibinin yanında qalacaqlarını düşünürlər:

 

“Üçtərəfli sazişə uyğun olaraq rus sülhməramlıları əraziyə girməzdən əvvəl erməni separatçıları bölgəni tərk etməli olduğu halda bu baş vermədi. Hələ də erməni silahlıları ərazidən çıxarılmayıb, dəhlizlər açılmayıb, sərhədlərin delimitasiyasi baş tutmayıb. Üstəlik hazırda Rusiya sülhməramlı qüvvələri ermənilərə bölgəyə silah-sursat gətirmək üçün şərait yaradırlar. Bu qəbul edilməzdir və hansısa xarici qüvvə bölgədə təhlükəsizliyi təmin edə bilməz”.

 

A.Mollazadə Ermənistanda da gərginliyin olduğunu və Paşinyanın vaxtilə erməni parlamenti atəşə tutan hərbi cinayətkarlardan dəstədən qorxduğunu bildirib. Azərbaycan öz ərazisində silahlı qüvvələri hökmranlıq etməyə imkan verməyəcək. Erməni separatizmi davam edərsə, Azərbaycan erməni silahlı dəstələri tərksilah etmək üçün antiterror əməliyyatı keçirməyə məcbur olacaq.

Xəbərlər