Siyasət 9 Oktyabr 2023, 16:38 | Baxış sayı: 228
“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti mənasızdır”

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın müraciəti üzrə dinləmələr keçirəcək.

Irqi  ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) 12 oktyabr 2023-cü ildə Haaqadakı Sülh Sarayında dinləmələr baş tutacaq. Dinləmələr Ermənistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı 28 sentyabr tarixli müraciətinə həsr olunacaq. Hər iki tərəf öz şifahi arqumentlərini təqdim edəcək.

Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında bildirib ki, Azərbaycan heç bir ermənini zor tətbiq edərək Qarabağdan çıxarmayıb:

“Özləri könüllü şəkildə bölgəni tərk edirlər. 30 il ərzində Azərbaycan xalqına qarşı cinayətlər törədiblər. Bəziləri bəlkə də buna görə indi Qarabağı tərk edir. Azərbaycan reinteqrasiyaya dair planlarını təqdim edib. Qarabağın erməni əhalisinə ölkə vətəndaşlığını, qanunlarını qəbul etmək, birgəyaşayış təklif olunub. Azərbaycandakı digər etnik azlıqların nümayəndələri kimi onların da hüquqları yüksək səviyyədə qorunacaq. Bilməlidirlər ki, burada rifah içində yaşayacaqlar, nəinki Ermənistanda. Düşünürəm ki, Ermənistanın cəhdləri mənasızdır”.

demokrat.az

Xəbərlər