"Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb"
"Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Paşinyan Praqada və Soçidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib:
"Paşinyan Qarabağda ermənilərin yaşadığı ərazilərin də Azərbaycan ərazisi olduğunu açıq şəkildə qeyd edib. O, dünyada bütün dövlətlərin Qarabağı Azərbaycanın suveren ərazisi olduğunu tanıdığını deyib. Bu, o deməkdir ki, ermənilərin Qarabağla bağlı formalaşdırdığı sərsəm arzular reallığa uyğun deyil.
Təbii ki, sülh müqaviləsinin imzalanması uzun bir prosesdir. Burada sərhədlər delimitasiya-demarkasiya olunmalı və dövlətlərimiz arasında rəsmi sərhəd formalaşmalıdır. Bunun üçün dövlət başçılarımızın və müvafiq komissiyalar görüşlər keçirilməlidir. Bir sıra tərəddüdlü məsələlər də müzakirə olunmalı və həllini tapmalıdır".