Plenar iclaslar 14 Oktyabr 2022, 13:33 | Baxış sayı: 150
"Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır"

“Fransa Prezidentinin açıqlaması ilə tanış oldum”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, 1 milyon müsəlman azərbaycanlı az qala 34 ildir qaçqın və məcburi köçkün həyatı yaşayır: “Azərbaycanın əraziləri 30 il işğal olunandan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək. İndi Putin Rusiyası qismən neytrallığını qorumağa çalışır. Amma Rusiya Ermənistan tərəfdən vuruşsaydı, satılmaram deyən Makron Rusiyaya təşəkkür edərdi. Ermənistana vaxtında təzyiq göstərilsəydi, 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır. Senat Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır. Belə qətnamə qəbul edilsə, Azərbaycan Fransadakı səfirini geri çağırmalı, diplomatik münasibətlərə yenidən baxılmalıdır”.

Xəbərlər