Siyasət 4 May 2023, 16:13 | Baxış sayı: 126
"Ermənistan saziş imzalasa da, ona əməl etməyəcək"

“Ermənistana hər zaman onu himayə edən qüvvə lazımdır. O, Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyir. Müharibədən sonra qərar verəcəklər ki, yeni, yoxsa köhnə sahibinin yanına qaçsın. Çünki ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsi imzalansa, Ermənistandakı Rusiya meyilli müxalifət qüvvələri İrəvanın küçələrinə axışacaq”.

 

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.

 

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasında ABŞ-ın xüsusi marağı var:

“ABŞ Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyir. Sülh istiqamətində ciddi addımlar ataraq buna nail olmağa çalışır. Ermənistanın sülh müqaviləsini imzalaması üçün israr edir. Amma Ermənistana inanmaq olmaz. Amerika da buna şahid olacaq. Bu cür görüş artıq Vaşinqtonda ikinci dəfə keçirilir. Moskva, Brüssel, Praqada da belə görüşlər keçirilib. Ermənistan heç vaxt imzalanan sazişləri yerinə yetirməyib. Bu dəfə də danışıqlar nəticəsində məcburən imzalasalar belə, onu icra etməyəcəklər”.

 

Millət vəkili bildirib ki, Ermənsitan rəhbərliyi beynəlxalq erməni terror təşkilatlarının reaksiyasından qorxur:

 

“Ermənistan rəhbərliyi qorxur ki, hansısa beynəlxalq hüquq normalarına riayət etsə, erməni terror təşkilatları onları məhv edər. 90-cı illərin sonunda da Ermənistan guya sülhə razı oldu. Lakin sonra terrorçular Ermənistan parlamentinə girib rəhbərliyi məhv etdilər. Ölkə daxilindəki müxalifətçilər keçmiş hərbi cinayətkarlardır. Azərbaycan ərazisində çox hərbi cinayət törədiblər. Erməni diasporu da münaqişənin həllini istəmir. Onlara faciələr lazımdır ki, fəaliyyətlərini davam etdirmək üçün maliyyə toplasınlar”.

Xəbərlər