Siyasət 6 Mart 2023, 15:41 | Baxış sayı: 236
"Ermənistan məğlubiyyəti qəbul edə bilmədiyi üçün üçtərəfli Bəyanatın şərtlərini pozur"

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında qeyri-qanuni erməni birləşmələri təxribat törədiblər. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla bağlı olaraq Sonxeber.az-a Milli Məclisin deputatı Asim Mollazadə açıqlama verib.

Deputat bildirib ki, bu hadisə Ermənistanın üçtərəfli Bəyanatın şərtlərinə əməl eləmədiklərini göstərdi.

"Ermənilər qeyri-qanuni formada silahlar,hərbi qüvvələrini Qarabağa gətirməyi müşahidə olunur. Rusiya sülhməramlı qüvvələri isə buna göz yumur. Ona görə də Laçın dəhlizində Azərbaycan Ordusunun nəzarəti gücləndirməsinə ehtiyac var. Ermənistan ya dərhal silahlı qüvvələrini çıxartmalıdır, ya da ki Azərbaycan bu prosesi nəzarətdə saxlama imkanına malik olmalıdır. Ermənistanın üçtərəfli Bəyanatdan sonra minaları gətirib basdırıb, hansı ki Azərbaycan əsgərləri qurbanlara çevrildi. Bu Bəyanatın mövcud olan şərtlərin kobud şəkildə pozulmağı demək idi. Beynəlxalq ictimaiyyət də buna çox ciddi diqqət yetirir. Qarabağ ərazisində olan erməni silahlı qüvvələri ordan çıxarılmalıdır. Çox təəssüf ki, Rusiya sülhməramlı dəstələri bu prosesə maneə olur, Ermənistana hansısa formada dəstək verir və ya Ermənistanın bu şərtləri pozmağına göz yumur. Ona görə Azərbaycan addımlar atmalıdır, Ermənistanın təxribatlarının qarşısını almaq üçün nəzarəti gücləndirməlidir. Baş verən hadisələr göstərdi ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl etmir. Ermənistan məğlubiyyəti qəbul edə bilmədiyi üçün üçtərəfli Bəyanatın şərtlərini pozur".

Xəbərlər