Plenar iclaslar 13 May 2022, 14:20 | Baxış sayı: 176
"Ermənistan idmançıları da gələcəkdə Azərbaycanda keçirilən idman yarışlarında iştirak edə bilər".

“İlk dəfədir ki, azad olan ərazilərimizdə mühüm beynəlxalq idman yarışı keçirilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu gün tarixi qələbəmizin dünyaya çatdırılması üçün ciddi addımlar atılır: “Suqovuşanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş çox mühüm beynəlxalq turnir keçirildi. Bu yarışda da Azərbaycan və Türkiyə idmançıları birinciliyi qoruyub saxladı. Bu beynəlxalq turnirin çox böyük siyasi mənası və çəkisi var. 30 il işğaldan sonra biz beynəlxalq aləmə sülh ismarışları göndəririk. Biz istəyirik ki, sülh müqaviləsi imzalansın, nəhayət, Ermənistan və Azərbaycan arasında sərhədlər müəyyən edilsin. Bütün bunlar baş verəcəyi təqdirdə Ermənistan idmançıları da gələcəkdə Azərbaycanda keçirilən belə idman yarışlarında iştirak edə bilər. Bu beynəlxalq turnir bir daha Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi”.

Xəbərlər