Siyasət 12 Aprel 2023, 15:11 | Baxış sayı: 122
“Ermənistan hakimiyyəti və ordusu törətdikləri hər bir cinayətə görə cavab verəcəklər”

“Ermənistan hərbçiləri Gorus rayonunda yerləşən sərhədyanı mövqelərindən Laçın rayonundakı hərbi mövqelərimizi atəşə tutub və nəticədə 3 hərbçimiz həlak olub. Allah şəhidlərimizə rəhmət eləsin! Erməni riyakarlığının sonu yoxdur.”- bu fikirləri Ulusal.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, sərhəd bölgəsində qoşunların təmas xəttində təxribat törətməklə Ermənistan hakimiyyəti guya hücuma məruz qalması haqqında hay-küy qaldırmaqla növbəti dəfə dünyanın diqqətini bölgəyə cəlb etməyə və Qərbdə özünə yeni himayədarlar tapmağa çalışır.

“Lakin heç bir təxribat Ermənistanın problemlərini həll etməyəcək. Ermənistan hakimiyyəti və ordusu törətdikləri hər bir cinayətə görə cavab verəcəklər. Şəhidlərimizin qanı yerdə qalmayacaq.”- deyə millət vəkili Cavanşir Feyziyev bildirib.

Xəbərlər