Siyasət 1 May 2023, 14:23 | Baxış sayı: 187
"Ermənistan etnik zəmində nifrəti və irqi ədavəti təşviq etməklə məşğuldur"

Ermənistan öz ölkəsində baş qaldırmaqda olan revanşist qüvvələri təhrik etməklə, etnik zəmində nifrəti və irqi ədavəti təşviq etməklə məşğuldur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxışı zamanı deyib.

Bu ölkədə Azərbaycan və Türkiyə bayraqları yandırılır, azərbaycanlı və türkiyəli siyasətçiləri qətlə yetirmiş erməni terrorçuların xatirəsinə İrəvanda abidə quraşdırılır, əsir götürülmüş azərbaycanlı hərbçilərə qarşı insanlığa sığmayan vəhşiliklər törədilir.

Sahibə Qafarovanın sözlərinə görə, Ermənistan anlamalıdır ki, regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin yaradılmasının yeganə yolu Azərbaycan və Türkiyə ilə sivil dövlətlərarası münasibətlərin qurulmasıdır. Bunun üçün isə, ilk növbədə Azərbaycanla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh sazişini imzalamaq lazımdır.

Xəbərlər