Siyasət 13 Oktyabr 2023, 16:11 | Baxış sayı: 115
“Ermənistan danışıqlar masasında ədalətli mövqedən çıxış etməsə, hər şey ola bilər...”

“Ermənistan Azərbaycanın suverən ərazilərinin bütövlüyünü də, işğal altında qalan 8 kəndi də Azərbaycan ərazisi kimi tanıyıb. Bu kəndlərin qaytarılması isə danışıqlar masasında öz həllini tapmalıdır. Və yaxud da sülh müqaviləsi imzalanandan sonra delimitasiya və demarkasiya prosesində sərhədlər müəyyənləşəndə 8 kəndin taleyi ilə bağlı qərar qəbul olunacaq. Buna görə yenidən müharibənin baş verəcəyini hesab etmirəm, amma torpaqdan pay olmur və Ermənistan danışıqlar masasında ədalətli mövqedən çıxış etməsə, hər şey ola bilər”. 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında əngəl yaratmaq məqsədilə Azərbaycana məxsus Gədəbəyin Başkənd kəndinin qaytarılması bağlı sərsəm fikirlər ifadə edir: “Yeri gələndə, bu gün Ermənistanın mövcud olduğu bütün ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. 1920-ci ilin xəritlərinə görə delimitasiya və demarkasiya aparılarsa, Ermənistanın yerləşdiyi torpaqların yarısı Azərbaycana qaytarılmalıdır. Təəssüf ki, Ermənistan özünün saxta iddialarından əl çəkmək istəmir. Məhz belə çirkin niyyətlərinə davam etməsi Ermənistanı məhvə aparacaq”. 

pravda.az

Xəbərlər