Siyasət 13 Aprel 2023, 19:31 | Baxış sayı: 94
"Ermənistan Aİ missiyasının bu ölkədə olmasından istifadə edərək hərbi təxribatlara yol verir"

"Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

Spiker qeyd edib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb:

"Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır".

Xəbərlər