Siyasət 8 İyul 2023, 22:13 | Baxış sayı: 182
"Ermənilərin "miatsum" ideyaları bir daha tarixin zibil qutusuna atılmış oldu"

"Ermənilərin "miatsum" ideyaları beynəlxalq ədalət məhkəməsinin aldığı qərarla bir daha tarixin zibil qutusuna atılmış oldu".

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı qaldırdığı iddia hüquqi baxımdan absurd, məntiq baxımından izahedilən deyildi:

"Çünki iddianın predmetini bir ölkənin öz ərazisində suveren hüquqlarını tətbiq etməsinin doğru olmadığı kimi əsassız tələb təşkil edirdi. Üstəlik Ermənistan bu iddianı İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiya ilə əlaqələndirməyə çalışırdı. Ancaq Beynəlxalq Ədalət Məhkəməsi bu iddianı tamamilə haqlı olaraq rədd etdi. Qəbul edilən qərar bir daha sübut etdi ki, dünya ermənilər kimi yalançı illüziyalarla deyil, real beynəlxalq hüquq və siyasi reallıqlar içərisində yaşayır".

"Bu qərar bir daha Azərbaycanın Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmaqda tamamilə haqlı olduğunu göstərdi. Eyni zamanda, həm də Qarabağda yaşayan ermənilərin Azərbaycanın yurisdiksiyasını qəbul etməsinin zəruriliyini də ortaya qoydu. Ən əsas məsələlərdən biri də o oldu ki, ermənilərin "miatsum" ideyaları Beynəlxalq Ədalət Məhkəməsinin aldığı qərarla bir daha tarixin zibil qutusuna atılmış oldu. Çünki "miatsum"un əsas məqsədlərindən biri Qarabağı Ermənistana birləşdirmək idi", - H.Babaoğlu vurğulayıb.

report.az

Xəbərlər