Siyasət 3 Mart 2023, 18:27 | Baxış sayı: 136
“Ermənilər "Qırmızı kitab"a düşmüş meymunlardır?”

"30 ildən artıq bir dövrdə ermənilər və ermənilərlə həmrəylik edən bir sıra dövlətlər, xarici şirkətlər Azərbaycanın o ərazidə olan yer altında və yer üstündə olan sərvətləri talayırdılar. Bu, ekofəalların aksiyası başlayana qədər davam edirdi. Dinc aksiyaçılarımızın məqsədi bunun qarşısını almaqdır.  Həm Rusiya hərbi kontingentinin rəhbərliyindən, həm də talançılardan cavab tələb edirlər ki, bu proses dayandırılmalıdır. Hələ ki, dayandırılmır. Ona görə də, dinc aksiyaçılarımız həmin tələbləri irəli sürməkdə davam edirlər".

Bu fikirləri Demokrat.az- a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat qeyd edib ki, hər gün yüzlərlə maşın oradan sərbəst hərəkət edirlər və ermənilərə nə lazımdırsa daşıyıb aparırlar:

"İstənilən bir müstəqil dövlət, deyək ki, ən çox ermənilərə qoşulub ermənilərdən betər şüvən qaldıran Fransanı götürək. Fransa ərazisindən hər hansı bir yol keçir qonşu dövlətə. Fransa dövləti o yoldan keçənlərə  nəzarət etmir? Yoxlamır ki, nə aparıb-gətirirlər?! Təbii ki, edir. Azərbaycana bu niyə rəva görülmür? O yol Xankəndidən keçir, Şuşa-Laçın və Ermənistan ərazisinə çatır. Bu yol Azərbaycan ərazisindədir. Azərbaycan müstəqil, suveren dövlətdir. Onun istənilən qonşu dövlətlə sərhədində sərhəd buraxılış məntəqəsi var, gömrük postu və digər xidmətlər var. Deyək ki, İranla, Gürcüstanla, Türkiyə ilə, Rusiya ilə də var. Bu, Ermənistanla niyə olmasın? Ermənilər "Qırmızı kitaba" düşmüş meymunlardır?! Bunlara xüsusi bir status verilməlidir ki, sizə toxunmaq olmaz, sizin qarşınıza heç bir maneə qoymaq olmaz. Siz istədiyiniz yerə, istədiyiniz kimi elə-belə gəlib-gedə bilərsiniz. Nə səbəbə görə? Bu hansı hüquqa, hansə qayda-qanuna uyğundur? Hesab edirəm ki, həmin yolun Ermənistanla çatan hissəsində, Azərbaycanla Ermənistan bu gün şərti sərhəd haradan keçirsə,  o yolun üzərində mütləq Azərbaycanın sərhəd buraxılış məntəqəsi yaradılmalıdır. Mütləq Azərbaycanın gömrük postu qoyulmalıdır. Həmin yolda hərəkətin və nəqliyyatın təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yol-patrul xidməti xidmət keçməlidir".

Xəbərlər