Siyasət 14 Mart 2023, 14:13 | Baxış sayı: 98
"Erməni dünyasına bölgədəki yeni reallığı tam qəbul etdirmiş olacağıq"

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakı şəhərində görüşə dəvət etməsi Vətən müharibəsindəki qələbəmizin nəticələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Aydındır ki, Qarabağ iqtisadi rayonunda 20 min civarında erməni yaşayır və onlar yanlış ideoloji təsirlərə düşməklə 30 il təcavüzün hərəkətverici alətlərindən birinə çevriliblər. Lakin Vətən müharibəsində qisasımızı aldığımız üçün qan yaddaşımızı unutmamaq şərti ilə artıq yeni səhifə açmağın və reinteqrasiyanı təmin etməyin zamanıdır. Bununla da yalnız Qarabağdakı erməni icması yox, bütövlükdə erməni dünyasına bölgədəki yeni reallığı tam qəbul etdirmiş olacağıq. 
Eyni zamanda ictimaiyyətdə də bu zəruri prosesdə populizmə yol verməməli və unutmamalıyıq ki, biz separatçılarla yox, Qarabağ iqtisadi rayonunda erməni icmasının bizim cəmiyyətin bir hissəsi kimi yaşamaq istəyən üzvləri ilə kommunikasiyadayıq. Digər tərəfdən, Qarabağda infrastruktur layihələrin reallaşdırılması məsələlərinin məhz Bakı ilə müzakirə etməklə isə ermənilərə həm də bu torpaqların əsl sahibinin kim olduğu reallığını qəbul etdirmiş oluruq.

Mənbə: sabahinfo.az

Xəbərlər