Cəmiyyət 22 Oktyabr 2021, 15:33 | Baxış sayı: 266
“Erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri hələ də problem olaraq qalmaqdadır".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Cebhe.info"ya bildirib ki, ümumiyyətlə, dünyada gender bərabərliyinin tam təminini ləngidən bir sıra amillər eyni ilə Azərbaycanda da mövcuddur: “Erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri hələ də problem olaraq qalmaqdadır. Bu, o deməkdir ki, bizim qarşımızda vəzifə və öhdəliklər var. Müəyyən məsələlərlə bağlı gender bərabərliyi ilə bağlı qanuna dəyişiklər edilməlidir və bu barədə layihə hazırlanıb”.

Onu da qeyd edək ki, gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq da nəzərdə tutulur. Bu gün ölkədə gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır. Azərbaycanda işsizlərin 57,5 %-ini qadınlar təşkil edir. Əməkhaqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Azərbaycanda qadınların orta əməkhaqqı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6 %, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8 %, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 %, təhsil sahəsində isə 79 % təşkil edir. Qadın sahibkarlığına gəldikdə isə hələ də ölkədə sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir. Qeyd edək ki, bir sıra dünya ölkələrində qadınlar daha yüksək vəzifələrdə təmsil olunmalarına baxmayaraq, ölkəmizdə bu sahədə o qədər də irəliləyiş yoxdur.

Paytaxt Bakıda bir sıra qurumlarda qadınları rəhbər vəzifədə görmək mümkün olsa da, bölgələrdə bu statistikanın tədricən azaldığının şahidi oluru

Xəbərlər