Plenar iclaslar 7 Aprel 2023, 18:08 | Baxış sayı: 201
"Elektroenergetika sahəsi dövlətin nəzarətində qalmalıdır"

“Bu, strateji sahədir. Burada millət vəkillərinə təqdim olunmuş layihəyə üzdən münasibət bildirilməsi çox ciddi, xoşagəlməz nəticələr verə bilər”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

“Elə sahələr var ki, onlar birmənalı şəkildə dövlətin nəzarətində olmalıdır: su, neft, elektroenergetika. Bu gün “Azərişıq” istehlakçıları elektrik enerjisi ilə yüksək səviyyədə təmin edir. Satışda da hər hansı bir problem yoxdur. Satır, pulunu yığır və büdcəyə vəsait ödəyir. Pərviz müəllimin (energetika naziri Pərviz Şahbazov - red.) dedikləri qiymət artımının olmamasına təminat verə bilməz. Pul qoyan şirkət vəsaitin götürmək istəyəcək. Biz buna maneə ola bilməyəcəyik. Bu strateji sahələr dövlətin nəzarətində olmalıdır. Bu məsələdə tələsmək olmaz, yenidən dinləmələr keçirək. İşğaldan azad olunan rayonlarda elektrikləşmə tam başa çatmalıdır. Bu məsələyə 2030-cu ildən sonra baxmaq olar”, - deyə deputat əlavə edib.

Xəbərlər