Siyasət 27 Yanvar 2023, 14:34 | Baxış sayı: 94
"Düşünürəm ki, bu hücumun arxasında yenə ermənilər dayanır”

“Bu gün İranda səfirliyimizə silahlı basqının edilməsi sıradan bir hadisə deyil. Çünki İranın xüsusi xidmət orqanları dünyada baş verən prosesləri izləmək iqtidarında olduğu halda öz ölkəsində baş verən belə hadisə haqqında qabaqcadan xəbərsiz olması  məntiqli görünmür. Səfirliyə hücum beynəlxalq konvensiyaları saymamaq deməkdir. Ermənistan belə hücumları digər ölkələrimizdəki səfirliklərimizə qarşı da törətmişdi. Düşünürəm ki, bu hücumun arxasında yenə ermənilər dayanır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, ermənilərin yerli orqanların dəstəyi olmadan nəsə bir şey edə biləcəyini düşünmür: “Səfirliklərə hücumlar düşmənlərimizin acizliyinin göstəricisidir. Əgər o qədər cəsarətiniz və kişiliyiniz çatırsa, bir neçə əməkdaşımızın yerləşdiyi səfirliklərimizə hücumun əvəzinə, döyüş meydanında əsgərimizlə üz-üzə gəlin. Sizdə belə cəsarət yoxdursa, alçaqlıqlara əl atmağı dayandırın. Törətdiyiniz hər bir alçaqlığın cavabı olacaq.  İranda bu hadisənin silahlı şəkildə baş verməsi çoxlu suallar yaradır. Hesab edirəm ki, İranın rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycana hesabat verməlidir. Səfirliklər yerləşdiyi ölkənin dövlət orqanları tərəfindən qorunmalıdır.  Ona görə də silahlı basqınla bağlı rəsmi Tehranın açıqlamasını gözləməliyik və ondan sonra nə etməli olduğumuzu düşünməliyik. Allah qəhrəmancasına həlak olmuş əməkdaşımıza rəhmət eləsin, xəsarət alanlara da tezliklə sağalmaqlarını diləyirəm!”

Xəbərlər