Cəmiyyət, Siyasət 26 İyul 2021, 15:38 | Baxış sayı: 350
"Düşmən hürən və eyni zamanda da quyruq bulayan it kimi davranır".

"Ermənistan mediası Göyçənin Kəlbəcərlə sərhəd kəndlərində yaşayanların qədim yurd yerlərimizi tərk etdiklərini yazır. Səbəb kimi isə onların sərhəddəki atışmadan qorxmaları göstərilir. Bu gün baş verənlər, yəni ordumuzun Kəlbəcərdəki mövqelərinin yenidən atəşə tutulması təsdiqləyir ki, düşmən hürən və eyni zamanda da quyruq bulayan it kimi davranır. Gec-tez hürmək kəsiləcək. Çünki hürdürənlər bunun perspektivsizliyini anlamaqdadırlar.

Bunu millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında paylaşıb

"Dağlıq Qarabağ Muxtar Vilayəti artıq ləğv edilib və Azərbaycan Ordusu bu keçmiş vilayətin böyük hissəsini, o cümlədən mühüm şəhəri Şuşanı nəzarətə götürüb. İndi Azərbaycanın tərkibində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur və hər hansı leqal status da gündəmdə deyil". Rəsmi Bakının Qarabağın dağlıq hissəsiylə bağlı mövqeyinin təkrarlandığı bu cümlələr ABŞ-ın beynəlxalq siyasət üzrə ixtisaslaşan “Foreign Policy” nəşrində yer alıb. Və orada belə bir cümlə də var: "Minsk qrupunun fəaliyyəti dəfn edilib, indi real sülh və barışıq zamanıdır, geriyə baxmaq yox, gələcəyə istiqamətlənmək vaxtıdır”. Demək, artıq qərbdə də Azərbaycanın yaratdığı yeni reallıqla barışmaqdan başqa ayrı yolun qalmadığını dərk edənlərin sayı artır. Ermənistan rəhbərliyi bunun nə qədər tez fərqində olsa, bir o qədər özləri üçün yaxşıdır.

Xəbərlər