Plenar iclaslar 6 İyul 2023, 16:45 | Baxış sayı: 195
"Dərmanların ticarət adının reseptlərdə yazılmaması problemlərə gətirib çıxara bilər"

"Dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir sıra problemlərə gətirib çıxara bilər".

Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

O qeyd edib ki, dərman şirkətləri ticarət adı reseptlərdə yazılmayan ölkələrdə öz rəsmi nümayəndəliklərini çıxarmağa çalışırlar.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda 250-ə qədər rəsmi nümayəndəlik var.

“Bu nümayəndəliklər dərman vasitələrinin təchizat zəncirinə ciddi nəzarət edirlər. Bu baxımdan dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”, - deyə deputat bildirib.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.

Mənbə:report.az

Xəbərlər