"Dövlətlərarası münasibətlərə ən yaxşı nümunə Türkiyə-Azərbaycan əməkdaşlığıdır"
“Bu gün dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir. Dünyamız bəlkə də indiki qədər təhlükəli olmayıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, dövlətlərarası münasibətlərə ən yaxşı nümunə Türkiyə-Azərbaycan əməkdaşlığıdır: “Bu il Türkiyədə baş verən əsrin faciəsinin - zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan Türkiyəyə dəstək oldu. Kahramanmaraşda Azərbaycan Prezidenti 1000 evin tikintisini öz üzərinə edib. Ərdoğanın növbəti dəfə prezident seçiləndən sonra ilk dövlət səfərini Azərbaycana etməsi regionda davamlı sülhün əldə edilməsinə gətirib çıxaracaq. Bu səfər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından da etimad mühitini formalaşdıra bilər”.
APA