Plenar iclaslar 31 May 2021, 15:50 | Baxış sayı: 273
“Dövlətin tabeliyində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməli, biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır".

“Ötən il pandemiyanın təsirini azaltmaq üçün sahibkarlara, insanlara yardım edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ancaq bəzi dövlət məmurlarının səriştəsizliyi üzündən bu yardımların çatdırılmasında problemlər yaşanıb.

O digər problem kimi tenderlərin formal olaraq keçirilməsini qeyd edib.

Bunun qarşısını almaq üçün qanunvericilikdə hansı dəyişikliklər, təkmilləşmələr nəzərdə tutulduğuna aydınlıq gətirilməsini istəyən deputat ölkədə iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini bildirib.

“Dövlətin tabeliyində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməli, biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır. Qanunlarda qeyd olunanlarla real vəziyyət arasında fərq var. Hökumət bununla bağlı araşdırma aparmalıdır”, - deyə Q. Həsənquliyev vurğulayıb.

Xəbərlər