KOMİTƏ İCLASLARI 20 Aprel 2022, 14:03 | Baxış sayı: 245
"Dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı il olmalıdır".

“Parlamentin hazırladığı dəyişikliklər daha çox tənzimləyici xarakter daşıyır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Hər orqanın özünün səlahiyyətləri var və öz səlahiyyətləri çərçivəsində hər kəs ümumi işə töhfə verməyə çalışmalıdır”, - deputat bildirib.

Qüdrət Həsənquliyev qeyd edib ki, dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı il olmalıdır: “Çünki dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə bölünür”.

Deputat onu da bildirib ki, Hesablama Palatasının dövlət büdcəsinə, DSMF-nin büdcəsinə verdiyi rəylər çox cəsarətli idi: “Bəzi həmkarlar reallıqları unudurlar və Hesablama Palatasından daha cəsarətli addımlar, rəylər gözləyirlər. Amma nəzərə almırlar ki, biz əlimizdə olanı da itirə bilərik. Mövcud reallıqlar çərçivəsində Hesablama Palatası əlindən gələni edir”.

Xəbərlər