Cəmiyyət 31 Avqust 2022, 14:25 | Baxış sayı: 311
"Dövlət Qorbaçovun ölümü ilə bağlı başsağlığı vermək yox, onu lənətləmək haqqında fikirləşməlidir".

“Mixail Qorbaçov arvadı Raisa Qorbaçova ilə birlikdə təkcə 20 Yanvar qırğınında günahkar deyil. Qorbaçov “Dağlıq Qarabağ” məsələsinin ermənilər tərəfindən qaldırılıb başlanmasının tərəfdarı olan, ona razılıq, rəvac verən gorbagordur. Hesab edirəm, Mixail Qorbaçovun Azərbaycan xalqı, dövləti qarşısında bağışlanılmaz günahları var. Ona görə də, Azərbaycan dövləti, xalqı Qorbaçovun ölümü ilə bağlı başsağlığı vermək haqqında yox, onu lənətləmək haqqında fikirləşməlidir”.

 

Milli Məclisin deputatı Elman Məmmədov bu sözləri Pravda.az-a açıqlamasında deyib.

 

“1988-ci ildən başlayan, başımıza gətirilən bütün müsibətlərin bünövrəsi Qorbaçovun vaxtında qoyulub, onun razılığı ilə başlayıb. Azərbaycanda 10 minlərlə insanın qanının tökülməsində onun əli var, günahkardır. Şəxsən mən bir Azərbaycan vətəndaşı kimi, məcburi köçkün kimi, şəhid ailəsi kimi, çox itki vermiş Xocalı kimi Qorbaçovu lənətləyirəm”, - deputat bildirib.

Xəbərlər