Cəmiyyət, Siyasət 6 İyul 2021, 17:24 | Baxış sayı: 365
"Dələduzlara birinci məhkəmə instansiyasında yuxarı məhkəmə instansiyasına şikayət edilməsi qadağan edilsin və bu məsələ qanunla tənzimlənsin".

"Mediadakı yazılar, o cümlədən millət vəkillərinə olan müraciətlər Azərbaycanda dələduzluğun miqyasının genişləndiyini göstərir".

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun dediyinə görə, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi reaksiya verir.

"Dələduzların qurbanı olanların bizə müraciəti də bunu deməyə əsas verir. Polisin məsələyə operativ reaksiya verməsinə baxmayaraq, dələduzluğun qurbanı olanlar məruz qaldıqları itkiləri geri ala bilmir və hüquqları təmin olunmur. Səbəb də dələduzlarla bağlı son qərarın məhkəmə tərəfindən verilməsidir”, - deputat qeyd edib.

O əlavə edib ki, bir çox hallarda məhkəmələrin uzun çəkməsi, yaxud məhkəmənin çıxardığı qərar dələduzluğun qurbanı olanın maraqlaırnı təmin etmir: “Bir çox hallarda məhkəmə dələduzun maaşından uzun illər müddətində vəsaitin tutulması və yaxud azadlıqdan məhrum edilməsi haqqında çıxardığı qərarlar zərərçəkənin marağına cavab vermir. Digər tərəfdən birinci instansiya məhkəməsində  zərəçəkənin marağına çıxarılan qərardan yuxarı instansiya məhəkəmələrə müraciət edilməsi, zərərçəkənlərin ziyanınadır. Bu, təkcə maddi itki yox, həm də vaxt itkisidir. Ona görə də dələduzlar qanunvericiliyin bu cür boşluqlarından istifadə edərək  insanlara böyük miqdarda ziyan vururlar. Bütün bunları nəzərə alaraq qanunvericiləyə dəyişiklik edilib təkmilləşdirlməsini təklif edirəm. Artıq bununla bağlı öz təkliflərimi də vermişəm. Təklif etmişəm ki. ilkin olaraq prosesə DİN İstintaq və təhqiqat idarəsi cəlb edilsin. Çünki polisin dələduzlarla mübarizəsi daha effektli və təsirlidir. Onların prosesə cəlb edilməsi məsələnin daha operativ həllinə gətirib çıxarar. Məhkəmənin qərarı dələduzların marağına uyğun olduğundan onlar məhkəmədən çəkinmirlər, ancaq polisdən çəkinir. O baxımdan polisin prosesə cəlb edilməsi daha məqsəduyğun olardı.

İkincisi, dələduzlara birinci məhkəmə instansiyasında yuxarı məhkəmə instansiyasına şikayət edilməsi qadağan edilsin və bu məsələ qanunla tənzimlənsin. Hesab edirəm ki, belə sərt taktika ilə dələduzluğa qarşı daha effektiv mübarizə aparmaq olar”.

Xəbərlər