Plenar iclaslar, Qanun Layihələri 23 Dekabr 2022, 14:18 | Baxış sayı: 178
"Diplomatlar üçün yeni müavinətlər sosial sığorta haqlarından azad olunacaq"

“Diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib

Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq: “Burada yeni müavinətlər təsis olunur. Çalışdıqları ölkənin sosial iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq fərqləndirici əmsallar veriləcək. Sosial sığorta haqlarından da bu yeni müavinətlər, əmsallar azad olunacaq”.

Xəbərlər