"Dinə gəlməyimdə Hacının çox böyük rolu var idi"
Cəmiyyət
2 Mart 2023, 19:55 | Baxış sayı:
176
"Hacı Şahin çox gözəl, Allah nuru olan insan idi".
Bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova Hacı Şahinlə keçirilən vida mərasimində deyib.
"Bir gün gələn bir gün getməlidir. Amma Hacı Şahinə olan hörmətimizdən, istədiymizdən o acımızı büruzə veririk. Bu gün bura toplaşan hər kəs onu istəyir. Bu qədər insanın sevgisini qazanmaq asan məsələ deyil. Mənim şəxsən dinə gəlməyimdə çox böyük rolu olub. Onun xütbələrini dinliyib dini dərk etmişəm. Çox sevirdim ki, Hacı bizim dinimizi həqiqətən çox düzgün təbliğ edirdi".
Xatırladaq ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib. O, saat 16.00-da “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Baku.ws