"Deyirlər, şirin quyruğu ilə oynamaq olmaz. Əgər quyruğunuz varsa, lazım gəlsə onu kəsmək də olar".
Milli Məclisin deputatı Elman Məmmədov: "Azərbaycan İranın daxili işlərinə qarışmır, sərhədlərini pozmur. Azərbaycan öz ərazisində polis postu yaradıb və oradan keçən nəqliyyat vasitələrini yoxlayır. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, İrandan Ermənistana gedən yolun bir hissəsi Azərbaycan ərazisindən keçdiyinə görə suveren müstəqil dövlət kimi öz ərazimizdə yoxlama işini həyata keçiririk. Bu proses İranda, Ermənistanda və Rusiyada da bu cür icra edilir. Əvvəllər İrandan gələn maşınlar Azərbaycanı qeyri-qanuni keçirdilər. İndi isə dəyişən odur ki, qanun-qaydaya əməl edilir. Burda İranın xətrinə dəyəsi nə var ki? Müharibədən əvvəl də, elə indi də İrandan Ermənistana silah-sursat danışır, amma heç Azərbaycan İrana təhdidlə cavab vermir. Azərbaycanın heç xətrinə dəymir, İranın nə tez xətrinə dəydi?! Deyirlər, şirin quyruğu ilə oynamaq olmaz. Əgər quyruğunuz varsa, lazım gəlsə onu kəsmək də olar. Bilmək lazımdır ki, biz sadəcə öz ərazi bütövlüyümüzü qoruyuruq".