Deputatlar Şuşa-Xankəndi yolunda keçirilən aksiyalarda iştirak etməlidir
Plenar iclaslar
16 Dekabr 2022, 12:04 | Baxış sayı:
227
Deputatlar da Şuşa-Xankəndi yolunda keçirilən aksiyalarda iştirak etməlidir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, millət vəkillərinin aksiya iştirakçılarının birbaşa yanında olması lazımdır: “Hesab edirəm ki, deputatlar aksiya iştirakçılarının yanında olmalıdır. Bu, dünyaya mesaj verilməsi üçün də mühüm addım olardı”.