"Deputatlar əlavə haqqa görə pensiya artımından məhrum olacaqlar"
Cəmiyyət
7 Oktyabr 2022, 13:52 | Baxış sayı:
295
“Hazırda qüvvədə olan qanunun tələblərinə görə, əvvəllər deputat pensiyaya çıxanda onun pensiyasına maaşa aldığı əlavələr də hesablanırdı. “Əmək pensiyaları haqqında” qanunda edilən yeni dəyişikliklərə əsasən, artıq deputatlara pensiya hesablanan zaman onların əmək haqlarına edilən əlavələr nəzərə alınmayacaq”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“İndi isə ölkədə vahid indeksasiya prosesi gedir. Ölkə üzrə hamının pensiyası eyni qaydada hesablanmalıdır. Artıq deputatlar da hamı kimi indeksasiya əsasında pensiya alacaqlar. Güman edirəm, bunun nəticəsində deputatlar əlavə haqqa görə pensiya artımından məhrum olacaqlar”, - deputat bildirib.