Ümumi 29 İyun 2021, 13:48 | Baxış sayı: 318
Deputatlar işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparan Türkiyə nümayəndə heyəti ilə görüşüb

Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüşüb.

Fəzail İbrahimli Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslanın başçılıq etdiyi nümayəndə heyətini Qalib Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. 

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan 100 il əvvəl olduğu kimi, indi də Türkiyə və Azərbaycanın dünya imperializminə qarşı birgə səylərlə mübarizə apardığı qeyd edib və təmsil etdiyi təşkilatın azərbaycanlı qardaşlarının hüquqlarının qorunması üçün beynəlxalq arenada hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan və Türkiyəni birləşdirən dəyərlərdən, bu birliyin davam etməsinin əhəmiyyətindən bəhs edib.

Görüşdə Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəsmi şəxslər də iştirak ediblər.

Xəbərlər