İqtisadiyyat, Qanun Layihələri 25 Noyabr 2022, 12:23 | Baxış sayı: 115
“Deputatlar bircə dəfə hesabatı geri qaytarsa, hökumət bizə yalvaracaq, deyəcəklər ki, “uşaqpulu” verilməsi tələbini yerinə yetiririk”

“Maaş artımı ilə bağlı məsələdə fikrimi bildirəndə bəlkə də, haqlı olaraq həmkarlarım dedi ki, istəmirsən, get evdə otur və ya imtina et...”

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

 

T.Kərimli qeyd edib ki, minlərlə insanın, o cümlədən məhkəmə hakimlərinin, deputatların maaşları artanda niyə etirazla qarşılandığının mənasını izah edib: “Tutaq ki, hakim hansısa az mənimsəyən, imkanı zəif olan şəxsi azadlığa buraxarsa, əvəzində 5 qat artıq cinayətkarı məsuliyyətə cəlb edərsə, xalq da deyər ki, hakim, sənə 10 min də halaldır. Amma hakim bunu edə bilmir, çünki icra hakimiyyətindən asılıdır. Ona görə məhkəmə islahatlarının həyata keçirilməsinin tərəfdarıyam. Deputatlarla bağlı iradlar var. Məsələn, iki il bundan əvvəl müsəlman ölkələrinin birində hökumətin hesabatı geri qaytarıldı. Hökumətin bütün üzvləri əl-ayağa düşdülər ki, məsələni həll etsinlər. Azərbaycan Milli Məclisinin deputatları da bircə dəfə hesabatı geri qaytarsa, hökumət bizə yalvaracaq, deyəcəklər ki, “uşaqpulu” verilməsi, əməkhaqqı, pensiya, müavinətlərin artırılması tələblərinizi yerinə yetiririk. Bunu etmiriksə, əlbəttə, hökumət bizi saymayacaq”.

Xəbərlər