Plenar iclaslar 27 May 2021, 15:37 | Baxış sayı: 273
Deputat: "Türkiyəyə gediş-dönüş biletləri isə olduqca bahadır".

“Türkiyəyə təyyarə biletlərinin qiymətlərinin yüksək olması ilə bağlı məsələ hökumətdə müzakirə edilibmi?”

Bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

“Bizim xaricdə təhsil alan ən çox tələbəmiz Türkiyəni seçir. Türkiyəyə gediş-dönüş biletləri isə olduqca bahadır. Seçicilərimiz də bizə bununla bağlı suallar ünvanlayır”, - deyə o əlavə edib.

Deputat Tahir Kərimli isə qeyd edib ki, 2020-ci ildə büdcədən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb: “Parlamentdə təmsil olunan partiyalar hər rüb bu pulu alır. Ötən il daha iki siyasi partiya parlamentdə təmsil olunub və qeydiyyatdan keçib, bununla bağlı biz qanuna dəyişiklik etdik. Burada deyildi ki, bu, siyasi partiyalara verilən pulun həcmində azalmaya səbəb olmayacaq. Amma bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”

Xəbərlər