Plenar iclaslar 31 May 2021, 15:01 | Baxış sayı: 283
Deputat: "Türkiyə ilə münasibətlərimizə kölgə salmaq istəyənlər də belələridir”.

“Ağdam şəhərində təqdim olunan yeni Baş Plan Azərbaycanın güclü dövlət olmasının təntənəsidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, dövlət başçısının siyasəti təkcə Qarabağın inkişafına yönəlməyib, eyni zamanda digər regionların da inkişafı üçün tapşırıqlar verilir: “Qəbələyə səfər və s. Azərbaycanın güclü, qüvvətli olmasını bəziləri bu gün həzm edə bilmir. Bu gün erməni lobbisinə, onların havadarlarına açıq şəkildə nökərçilik edənlər Azərbaycanın tərəqqisinə kölgə salmaq istəyirlər. Türkiyə ilə münasibətlərimizə kölgə salmaq istəyənlər də belələridir”.

Xəbərlər