Cəmiyyət 24 May 2021, 13:22 | Baxış sayı: 491
Deputat: “Şəhid daha neyləməlidir ki onun adına küçə, meydan verilsin?"

“Cəmiyyətdə şəhidlərimizlə bağlı narazılıq yaradan hal var”.

“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Elman Məmmədov deyib. 

Deputat bildirib ki, şəhidlikdən böyük zirvə yoxdur, şəhidin yenisi, köhnəsi olmur: 

“Şəhid daha neyləməlidir ki onun adına küçə, meydan verilsin? Şəhidin ordeni, medalı yoxdursa onun adına küçə verməmək ədalətli yanaşma deyil. Niyə düşünməliyik ki, bu şəhidin orden, təltifi olduğundan onun adına küçə vermək olar, amma digəri təltif edilmədiyinə görə, onun adına küçə vermək olmaz. Məncə, bu, düzgün yanaşma deyil. Birinci Qarabağ müharibəsinin şəhidlərinin rayon yerlərində məzarları baxımsız vəziyyətdədir”. 

Deputat bildirib ki, şəhidlərin hamısı Vətən uğrunda canından keçib. Onlar fərqləndirilməməlidir: 

“Bir sıra icra başçılarına zəng edib özüm danışmışam. Bildirmişəm ki, sizin rayonun filan kəndlərində şəhid məzarı var. Heç xəbərləri yoxdur. Gedib onların məzarlarını ziyarət etməyiblər. Məzarlar da baxımsız vəziyyətdədir. Hərəsi də bir cür bəhanə gətirir. İcra başçısından soruşursan ki, həmin şəhid məzarını bir dəfə gedib görübmü? Deyir ki, pulumuz yoxdur və s”.

Xəbərlər