Plenar iclaslar 8 İyun 2021, 15:00 | Baxış sayı: 290
Deputat: “Müharibə əlillərinə ayrıca imtiyazlar müəyyən edilməlidir".

“Qanunda müharibə əlilləri və adi əlillərə heç bir fərq qoyulmalı deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, bu bizim də qoşulduğumuz əlillərlə bağlı beynəlxalq konvensiyaya ziddir: “Müharibə əlillərinə ayrıca imtiyazlar müəyyən edilməlidir, Azərbaycanda da bu şəxslərə 15-ə qədər imtiyaz müəyyən edilib. Onların aldığı pensiya dəfələrlə çoxdur, Prezident təqaüdü alanlar da var”.

Xəbərlər