Ümumi, Cəmiyyət, Siyasət 20 May 2021, 18:43 | Baxış sayı: 327
Deputat: “Əminəm ki, ciddi bərpa və quruculuq işlərindən sonra Şuşa nəinki Azərbaycanın, hətta bütün regionun mühüm mədəniyyət mərkəzinə çevriləcək".

A.Mollazadə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri diqqət mərkəzindədir: “Böyük Qayıdış üçün bütün zəruri tədbirlər dövlət başçısının birbaşa nəzarəti ilə görülür. Prezidentin işğaldan azad edilmiş rayonlara səfərləri, görülən işlərlə yaxından tanış olması bu baxımdan mühüm önəm kəsb edir. Onu da vurğulamaq gərəkdir ki, yenidənqurma və bərpa işləri planlı şəkildə, ən müasir standartlara uyğun həyata keçirilir”.
Partiya sədrinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə, ilk növbədə, minalardan təmizləmə işləri aparılır: “Regionun enerji təminatı, yol-nəqliyyat və iqtisadi infrastrukturları da sürətlə bərpa edilir. Ətraf mühitin qorunmasını nəzərdə tutan “Yaşıl enerji” layihələrinin hazırlanması üçün görülən işləri də xüsusi qeyd etmək olar. Regionda “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri Azərbaycana dost olan Türkiyə, İsrail, İtaliya və digər dövlətlərin şirkətlərinin iştirakı ilə sürətlə və yüksək texnologiyaların tətbiqi ilə həyata keçiriləcək”.
Deputat onu da əlavə edib ki, dövlət başçısının mayın 7-də imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı tarixi hadisədir: “Əminəm ki, ciddi bərpa və quruculuq işlərindən sonra Şuşa nəinki Azərbaycanın, hətta bütün regionun mühüm mədəniyyət mərkəzinə çevriləcək. Bu baxımdan, Qarabağ bölgəsinin dirçəldilməsi prosesi çərçivəsində regionda tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət edən addımların əhəmiyyəti çox böyükdür”.

Xəbərlər