Plenar iclaslar 11 İyun 2021, 13:20 | Baxış sayı: 259
Deputat əlilliyin qiymətləndirilməsinin müəyyən bir orqana tapşırılması təklifini irəli sürdü.

“Əlilliyin qiymətləndirilməsini bir orqana həvalə etməliyik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu sahədə inzibati və cinayət tədbirlərini də sərtləşdirməliyik: “Bununla da saxta əlilliyi alana da, verənə də qarşı ciddi tədbirlər görülmüş olar. Digər tərəfdən Prezident İlham Əliyevin sərəncamı ilə icra hakimiyyəti orqanlarında Vətən müharibəsi qəhrəmanları ilə bağlı şöbə yaradıldı. Bu, digər şirkətlər üçün də yol xəritəsi olmalıdır”.

Xəbərlər