Plenar iclaslar 21 May 2021, 15:56 | Baxış sayı: 277
Deputat: "Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik".

“Azərbaycanda hakimlər daha təşəbbüskar olmalı, qanunvericiliyin təkmilləşməsinə töhfə verməlidirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bir sıra hallarda istintaqda təqsirləndirilən şəxslər vəkilin iştirakı olmadan dindirilir: “Bu məsələ nəhayət həllini tapmalıdır. Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Dövlət əleyhinə, o cümlədən şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törədənlər, residivistlər, hansısa cinayətkar qrupun üzvləri ilə bağlı məsələlərdə, əlbəttə, həbs qətimkan tədbiri seçilə bilər. Amma digər hallarda həbs qətimkan tədbiri seçilməməlidir. Qanunvericilikdə dəyişikliklər eləməliyik və girov müqabilində onlar azadlığa buraxılmalıdır ki, öz müdafiələrini təşkil edə bilsinlər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”.

Xəbərlər