Ümumi 2 Aprel 2021, 18:16 | Baxış sayı: 391
Deputat Elnur Allahverdiyev: “Müharibə iştirakçılarının aldıqları müavinətin artırılmasının mümkünlüyü müzakirə edilməlidir”.

Deputat bildirib ki, tarixi qələbə qazandığımız Vətən müharibəsindən sonra şəhid ailələri, müharibədə yaralanmış qazilərimizə verilən pulda böyük artım oldu: “Ancaq müharibə iştirakçılarının aldıqları müavinətin artırılmasının mümkünlüyü müzakirə edilməlidir”.

Deputat Aqil Abbas bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə evini satıb könüllü gələn insanlar olub: “Onların bəziləri şəhid, bəziləri qazi olub. Əllərində avtomatın nömrəsi, hərbi hissənin nömrəsi olan insanlara veteran adı verilmir. Onlar bunu veteran puluna görə yox, müharibədə vuruşduqlarını sübut edə bilmək üçün istəyirlər. Nazirlər Kabinetində veteranlarla bağlı komissiya var. Bu komissiya işini gücləndirməlidir”.

Xəbərlər