Plenar iclaslar 8 İyun 2021, 14:55 | Baxış sayı: 250
Deputat: “Dəyişikliklərin məqsədi büdcəyə qənaət deyil".

“Bu qanun qəbul ediləndən sonra 800 istiqamət üzrə - yəni 800 meyar, diaqnoz üzrə faizlər dəqiq müəyyənləşdiriləcək və Nazirlər Kabinetinin qərarı olacaq. Bu diaqnozlar ƏƏSMN-in saytında da yerləşdiriləcək. Hər bir əlil hələ ekspertizaya getməmiş diaqnozuna və faizə baxmaqla orqanizmin neçə faizini itirməsini biləcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, iş yerlərinin ağırlığına görə pensiyaya çıxma yaşının müəyyənləşdirilməsi yeni qanunlarda nəzərdə tutulub: “Dəyişikliklərin məqsədi büdcəyə qənaət deyil. Bu sənəddə maliyyə əsaslandırılmasından söhbət gedə bilməz. Çünki bu, işin maliyyə hissəsi deyil”.

Xəbərlər