Deputat: "Bu qurumun adı belə bunu tələb edir – Az al"
Plenar iclaslar
2 İyul 2021, 13:42 | Baxış sayı:
395
“Zaqatala hava limanının hər şeyi - müdiri, bağbanı, işçiləri və s. var, təkcə təyyarəsi yoxdur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
O bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz: “AzAL qiymətləri azaltmalıdır. Biletlərlə insanların cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir – Az al. Bundan əvvəlki iclasda həmkarım Qənirə Paşayeva da bu məsələni gündəmə gətirmişdi”.